EN

Hakan Fidan fransalı həmkarı ilə telefonla danışıb

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Fransanın xarici işlər naziri Jan Noel Barrot ilə telefon danışığı aparıb.

APA xəbər verir ki, bu haqda Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə telefon danışığı zamanı əsas gündəm maddə Suriyadakı hadisələr olub.

Fidan Suriyada keçid prosesinin dinc, əhatəli və davamlı şəkildə irəliləməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.

O, beynəlxalq ictimaiyyətin bu prosesdə Suriya xalqına hər sahədə güclü dəstək verməsinin vacibliyinə diqqət çəkib.

Chosen
24
5
apa.az

7Sources