EN

Bu hadisə ilk dəfə “Neftçi”nin oyununda oldu

AFFA U-17 Liqasının XIX tur çərçivəsində keçirilən “Neftçi” – “Şamaxı” oyununda ilk yaşanıb.

Sportinfo.az xəbər verir ki, Naxçıvandan olan hakimlər briqadası AFFA Hakimlər Komitəsi tərəfindən bu görüşə təyinat alıb.

“Neftçi Futbol Mərkəzi”ndə baş tutan matçı Pərviz İbrahimov idarə edib. Vüsal Xəlilzadə və İlkin Mustafazadə baş hakimin köməkçiləri qismində fəaliyyət göstəriblər.

Bununla Azərbaycan futbol tarixində ilk dəfə Naxçıvandan olan hakimlər briqadası AFFA-nın təşkil etdiyi Respublika dərəcəli yarışda oyun idarə edib.

Chosen
57
20
sportinfo.az

10Sources