EN

PA-da yüksək vəzifəyə təyinat olub

Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna yeni təyinat olub.

Fərid Əzizağa oğlu Vəliyev Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin İnnovativ inkişafın təşviqi sektoruna müdir təyin edilib.

O, 1983-cü ildə anadan olub. Bakı Dövlət Universitetinin "Tətbiqi riyaziyyat" ixtisası üzrə bakalavr, "İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı" ixtisası üzrə magistr pillələrini bitirib. Koreya Universitetində "Elektron hökumət", İstanbul Texniki Universitetində "Rəqəmsal transformasiya sahəsində idarəetmə" istiqamətləri üzrə sertifikat proqramlarını keçib.

Azərbaycan Mərkəzi Bankında, ASAN Xidmətdə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2021-ci ildən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında çalışır.

Chosen
84
30
operativmedia.az

10Sources