EN

Rusiyaya güzəşt olsa, müharibə dayanmayacaq

Əgər Ukrayna həlledici qələbə qazanmasa və Trampın “sülh planı”nda nəzərdə tutulduğu kimi, Rusiyaya güzəştə getsə, hərbi əməliyyatların bərpası qaçılmaz olacaq.

Turkustan.az xəbər verir ki, bunu hərbi-siyasi ekspertlər Andrea Kendall-Teylor və Maykl Kofman “Foreign Affairs” nəşri üçün yazdıqları məqalədə bildiriblər.

Müəlliflər xəbərdarlıq edirlər ki, Rusiyanın aqressiv ambisiyaları Ukraynada dayanmayacaq və Qərbin real müqaviməti olmadığı təqdirdə Rusiyanın təcavüzü yalnız əhatə dairəsini artıracaq.

Analitiklərin fikrincə, Rusiyanın Ukraynadakı tələblərinə güzəştlər Avropada sülhü təmin etməyəcək, tam əksi olacaq:

"Sadəcə son iki onillikdə baş verən hadisələrə baxın. Hər addımda - 2008-ci ildə Gürcüstanda baş verən müharibə, 2014-cü ildə Rusiyanın Ukraynaya ilk müdaxiləsi və 2015-ci ildə Suriyaya ordu yeridilməsi - Putin bunun bəhrəsini verəcəyinə inanmağa başladığı üçün risk almağa getdikcə daha çox həvəsli oldu"./axar.az/

Chosen
9
3
turkustan.az

10Sources