“Real” (Madrid) Qitələrarası Kubokun sahibi olub.
Sportinfo.az xəbər verir ki, “Kral klubu” Qətərdə baş tutan həlledici görüşdə Meksikanın “Paçuka” kollektivini üstələyib – 3:0.
Madridlilərin heyətində Kilian Mbappe (37), Rodriqo (53) və Vinisius Junior (84) fərqlənib.
“Real” tarixində dördüncü Qitələrarası Kuboka sahib çıxıb.
"Real" – "Paçuka" 3:0
Qollar: K.Mbappe, 37, Rodriqo, 53, V.Junior, 84-pen.