EN

Böyük Britaniya Ukraynaya hərbi personal göndərə bilər

Böyük Britaniya silahlı qüvvələrinə təlim keçmək üçün Ukraynaya öz hərbi personalını göndərməyi nəzərdən keçirə bilər.

Editor.az bildirir ki, bu barədə “The Times” qəzeti yazıb. Nəşrin jurnalisti bu həftə Kiyevə səfəri zamanı Böyük Britaniya Müdafiə Nazirliyinin rəhbəri Con Hili müşayiət edib. O, müsahibəsində bildirib ki, London Kiyevə istənilən dəstəyi verməyə hazırdır.

Ukraynalıların təlimlərə girişini asanlaşdırsın və daha çox insanı onlarla işləməyə həvəsləndirməyə və səfərbər etməyə kömək etsin” – deyə Hili bildirib.
Nazir, həmçinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın əvvəllər dediyi kimi, münaqişənin tezliklə bitməsinin mümkünlüyünə şübhə etdiyini bildirib. Noyabrdakı seçki kampaniyası zamanı siyasətçi münaqişəni “24 saat ərzində” həll edəcəyinə söz vermişdi.

“Döyüşdən danışıqlara asanlıqla keçməyin mümkün olacağına inanan hər kəs çox ehtimal olunan bir vəziyyəti qaçırır: siz danışıqlar apararaq da döyüşə davam etmək olar”, – Britaniya Müdafiə Nazirliyinin rəhbəri bildirib.

//Samir Qurbanov, Editor.az

Chosen
15
editor.az

1Sources