EN

Son 11 ayda narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 6 min 693 nəfər məsuliyyətə cəlb edilib

 

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6 min 693 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 2 nəfər,18-25 yaşadək 498 nəfər, 26-29 yaşadək 1012 nəfər, 30 yaş və ondan yuxarı isə 5 min 181 nəfər təşkil edir.

Missiya.Az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.

Bildirilib ki, həmin şəxslərdən 6 min 497-si kişi, 196-sı qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 59 xarici ölkə vətəndaşından 25-i İran İslam Respublikası, 10-u Rusiya, 13-ü Türkiyə, 7-si Gürcüstan, 1-i Özbəkistan, 2-si Ukrayna, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 212 kq 424,217 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Chosen
4
16
missiya.az

10Sources