EN

"Tramp Kiyevə dəstəyini tam dayandırmayacaq" -Analitik

 Amerikanın yeni seçilmiş prezidenti Donald Tramp tərəfindən  irəli sürülən ideya- Ukrayna münaqişəsinin sülh yolu ilə həlli halında belə, yeni prezident Ukrayna tərəfinə dəstəyini tamamilə dayandırmayacaq. 

Bunu “İzvestiya”ya fransalı geosiyasi və strateji analitik Siril de Lattre deyib.

 "Ölkəsini Ukraynada yaranmış çıxılmaz vəziyyətdən çıxarmağa çalışmaq tamamilə Trampın ruhuna uyğundur. Amma Tramp heç də axmaq deyil və o, hərbi sənaye kompleksinin çox güclü generator olduğunu yaxşı başa düşür",- De Lattre deyib. O, qeyd edib ki, bunsuz heç bir dövlət gəliri yoxdur.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Chosen
8
news365.az

1Sources