EN

Zaxarova: Bu bizim məsələmizdir, sizi maraqlandırmır!

Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas bəyan edib ki, Rusiya artıq Suriyada olmamalı və Suriyadakı Rusiya bazaları artıq boşaldılmalıdır.

Turkustan.az xəbər verir ki, Kallasa cavabı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.

Zaxarova: "Rusiyanın Suriyadakı bazalarından istifadəyə davam etməsi Aİ-ni maraqlandırmır. Dəməşq və Moskva arasında qurulan dialoq nəticəsində bu məsələni həll edəcəyik" dedi.
Baas rejiminin devrilməsindən sonra Rusiyanın Suriyadakı bazalarının nə olacağı ilə bağlı bir çox fərqli fikirlər səsləndirildi. Son şərhi Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas verib.

Kremlin sözçüsü Dmitri Peskov da oxşar açıqlama ilə Rusiyanın Suriyanı tərk etmədiyini, Tartus və Hmeymimdəki bazaların statusunun Suriyada qurulan yeni hökumətlə müəyyənləşəcəyini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
12
turkustan.az

1Sources