EN

2 nəfərin ölümünə səbəb olan avtobus sürücüsü ilə bağlı QƏRAR VERİLDİ

Bakı Apellyasiya Məhkəməsində 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən 187 nömrəli avtobusun sürücüsü Orxan Səfərovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, şikayət təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Səfərov 7 il müddətində azadlıqdan məhrum edilib və 4 il müddətində sürücülük hüququ əlindən alınıb. Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilib.

Qeyd: Hadisə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sakit Qocayev küçəsində yerləşən “Sünbül” şadlıq sarayının qarşısında qeydə alınıb.

Belə ki, Novruzov Elnur Ariz oğlunun idarə etdiyi “Opel Astra” markalı avtomobil ilə Səfərov Orxan Adil oğlunun idarə etdiyi 187 nömrəli xətt avtobusunun toqquşması nəticəsində "Opel Astra" markalı avtomobilin sürücüsü Elnur Novruzov və sərnişin Gülü Əliyeva almış olduğu xəsarətlərdən hadisə yerində ölüb, avtobusun sürücüsü Orxan Səfərov isə xəstəxanaya yerləşdirilib.

Orxan Səfərova qarşı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

Chosen
10
2
bizim.media

3Sources