EN

Keşlə bazarında işləyənlərə xəbərdarlıq- Yanvarın 1-nə qədər boşaldılmalıdır

Paytaxtın Nərimanov rayonundakı Keşlə bazarında fəaliyyət göstərən icarədarlara bazarın söküləcəyi səbəbi ilə yanvarın 1-nə qədər bazarı boşaldaraq tərk etmələri bildirilib. Lakin bazarda fəaliyyət göstərən icarədarlar, orada çalışanlar verilən qərardan narazıdırlar.Bununla bağlı işçilərdən bir nəfər Missiya.Az-a da müraciət edib və məsələnin araşdırılmasını istəyib. Onlar belə qısa vaxtda məhsullarını sata bilməyəcəklərini deyir. Ya onlara yeni bir yer verilməsini ya da vaxtın uzadılmasını tələb edirlər.Bazarın sökülməsinə səbəb isə Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq Koroğlu metrostansiyasına qədər yeni avtomobil yolunun tikintisinin başlamasıdır.Problemlə əlaqədar Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxladıq. Mətbuat katibinin sözlərinə görə aprel ayından bəri bazar rəhbərliyinə bazarı tərk etmələrinə dair bir neçə dəfə məlumat verilib: "Sadəcə özləri gecikdiriblər. Sonuncu xəbərdarlıq da olunub ki, qısa müddətdə boşaldılsın və tikintiyə başlanılsın".Belə bir qənaətə gəlirik ki, vaxtın uzadılması gündəmdə deyil.

Zərintac MayisqızıMissiya.Az

Chosen
23
missiya.az

1Sources