EN

"Kapital Bank” brendini “Birbank”a transformasiya edəcəyik" - Bank sədri

"Bizim gələcək planlarımız daha çox rəqəmsallaşma, müasir texnologiyaların və süni intellektin tətbiqi üzərindədir".

Valyuta.az xəbər verir ki, bunu “Kapital Bank”ın İdarə Heyətinin sədri, Baş İcraçı Direktoru Fərid Hüseynov “Kapital Bank”ın 2024-cü ilin 11 ayı və 2025-ci ilin planlarına dair mətbuat konfransında deyib.

O, əlavə edib ki, buna görə də, “Kapital Bank” 2025-ci ilin 1-ci rübündən etibarən “Kapital Bank” brendini “Birbank” brendinə transformasiya edəcək.

"3 milyondan çox aktiv müştərisi ilə “Birbank” brendi “Kapital Bank” qədər güclü bir brendə çevrilə bilib. “Birbank”a transformasiya “Kapital Bank”ın tamamilə yox olacağı mənasına gəlmir. Siz “Kapital Bank”ı daha çox maliyyə institutu və korporativ brend kimi görəcəksiniz. Bütün məhsul və xidmətlərimizi isə müştərilərimizə “Birbank” brendi üzərindən təqdim edəcəyik. Biz də, müştərilərimiz də artıq Birbanklı olacağıq. Sual versəniz ki, bu müştərilərə yanaşmada nə isə dəyişəcəkmi - bəli müştərilər bu dəyişikliyi daha çox hiss edəcəklər. “Birbank”ı xarakterizə etsək, o daha gənc, daha dinamik, daha operativ, rəqəmsal, yenilikçi markadır. Və bütün bunlar ən sürətli formada müştəri təcrübəsində də öz əksini tapacaq. Müştərilərimiz bütün məhsul və xidmətləri “Birbank” saytı və tətbiqindən əldə edəcəklər. Bundan başqa, “Kapital Bank” filialları da “Birbank” filiallarına transformasiya olunacaq və bu proses ümumilikdə 2 illik müddəti əhatə edəcək" - deyə, o, bildirib.

Əvəz Həsənov

Chosen
16
16
valyuta.az

10Sources