Xəbər verdiyimiz kimi, paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə (“Neolit” restoranında-red.) yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
FHN-in Mətbuat Xidmətindən Senzor.az-a verilən yeni məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsindəki alovun yayılmasının qarşısı alınıb və yanğın söndürülüb.
**09:28
Bakıda obyekt yanır.
Senzor.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə (sosial şəbəkələrdə yayılan məlumata görə, məşhur “Neolit” restoranında-red.) yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.