EN

"Suriya ikinci Əfqanıstan olmayacaq"

Suriya Əfqanıstana bənzəməyəcək.

Bunu Dəməşqdə hakimiyyətə gələn silahlı qruplaşmaların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əş-Şəraa bildirib.

"Suriya Əfqanıstan deyil və olmayacaq", - Al Arabiya telekanalı onun sözlərindən sitat gətirib.

Əş-Şəraa hesab edir ki, bu iki ölkə "çox fərqlidir və fərqli ənənələrə malikdir". O qeyd edib ki, "Suriya sakinləri fərqli mentalitetə malikdirlər". Əş-Şəraa həmçinin qadınların təhsil almasına inandığını deyib.

Xatırladaq ki, Suriyada Bəşər Əsəd rejimi noyabrın 27-də baş qaldıran Suriya müxalifətinin hücumu zamanı dağılmağa başlamışdı. Hücumun kulminasiyası paytaxt Dəməşqin süqutu və Bəşər Əsədin ölkədən qaçması olmuşdu. Dəməşqin süqutundan əvvəl yaraqlılar Qərbi Suriyada bir neçə şəhəri, o cümlədən Hələb və Həma şəhərlərini ələ keçirmişdilər. /Report

 
 

Chosen
3
9
7news.az

10Sources