Nizami rayonu, M.Əliyev küçəsində yerləşən şadlıq evinin anbar hissəsində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bunu FHN-in Dövlət Yanğından Mühafizə İctimayyətlə əlaqələr sektorunun rəisi, Əlibala Əlizadə jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda kanstruksiyaların sökülmə işləri aparılır:
"Hadisə zamanı xəsarət alan yoxdur və belə bir fakt qeydə alınmayıb".