Müəllif: Gülnar Əhmədli, Banco.az
Çexiya bu ilin yanvar-noyabr aylarında Azərbaycandan 977 milyon 547 min dollar dəyərində neft idxal edib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 294 milyon 661 min dollar və ya 43.1% çoxdur.
Hesabat dövründə Çexiyanın idxal etdiyi neftin həcmi illik müqayisədə 39.4% artaraq 1.6 milyon ton olub.
Xatırladaq ki, ötən ilin eyni dövründə Çexiyanın Azərbaycandan neft idxalının dəyəri 682.9 milyon dollar, həcmi isə 1.13 milyon ton olub.