EN

Türkiyə Prezidenti Misirə getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, 

Prezidentin rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.

 

Qeyd edilib ki, Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, həmçinin Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.

 

Qahirədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə ediləcək.

 

Xatırladaq ki, D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. Fövqəladə sammitdə "Qəzza" məsələsi müzakirə edilmişdi.

Chosen
2
7
senzor.az

10Sources