EN

Ərdoğan Misirə yola düşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirə yola düşüb.

Məlumata görə, Prezident Əsənboğa Hava Limanından yola salınıb.

Ərdoğanın rəhbərlik etdiyi nümayəndə heyətinə ticarət naziri Ömər Bolat, MİT rəhbəri İbrahim Kalın, Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun və Prezidentin Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç daxildir.

Qeyd edilib ki, Prezident diplomatik fəaliyyətini Misirin paytaxtı Qahirədə davam etdirəcək.

Ərdoğan Türkiyənin də üzv olduğu İnkişaf Edən Səkkiz Ölkə (D-8) İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində iştirak edəcək. O, həmçinin Fələstin və Livandakı vəziyyətlə bağlı xüsusi iclasa da qatılacaq.

Qahirədə keçiriləcək sammitdə iqtisadi əlaqələrlə yanaşı, regional və qlobal məsələlər də müzakirə ediləcək.

Xatırladaq ki, D-8 üzvləri son olaraq iyun ayında İstanbulda bir araya gəlmişdi. Fövqəladə sammitdə "Qəzza" məsələsi müzakirə edilmişdi.

Chosen
254
50
azerforum.com

10Sources