EN

Bakının İrəvanda çaxnaşma yaradan planı

Prezident İlham Əliyevin Ümumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın “RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziya kanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı Dmitri Kiselyova müsahibəsində Ermənistanla sülh sazişinə dair səsləndirdiyi fikirlər və Bakının tələbələri ilə bağlı dedikləri İrəvanda qorxuya səbəb olub.

Publika.az
xəbər verir ki, erməni ekspertlər Azərbaycanın Ermənistandan daha çox tələbinin olduğunu hesab edirlər.

Erməni politoloq Beniamin Matevosyan bildirib ki, İlham Əliyev Nikol Paşinyan kimi sülh müqaviləsində “iki maddə”nin razılaşdırılmadığını desə də, əslində Bakının İrəvan qarşısında irəli sürdüyü şərtlər açıqlanandan daha çoxdur: “Əliyev bildirdi ki, Ermənistan iki maddə ilə razılaşmalıdır, lakin əlavə edir ki, Minsk qrupunun buraxılması, Konstitusiyanın dəyişdirilməsi tələbləri də var. Ümumiyyətlə Azərbaycan və Türkiyə mediasında yayılan məlumatlara baxdıqda, Bakının İrəvan qarşısında 9 şərtinin olduğunu demək mümkündür”.

Matevosyan iddia edir ki, Azərbaycanın Ermənistanla bağlı konkret planı var.

“Bu plana görə, Ermənistanın həm Qərb, həm Rusiya ilə əlaqələri nəzarətə götürülür, Azərbayan-Türkiyə tandeminə möhtac olur. Azərbaycanlılar Ermənistana qayıdır (Qərbi Azərbaycana qayıdış), Ermənistan ordusunun demilitarizasiyası və s. həyata keçirilməlidir”, - o iddia edir.

Asif

Chosen
11
1
publika.az

2Sources