Xəbər verdiyimiz kimi, Cənub Qaz Dəhlizi ilə əlaqədar yaradılan Dövlət Komissiyası ləğv edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Hokm.az-ın məlumatına görə, komissiya 2013-cü ildə yaradılıb.
Komissiyanın əsas vəzifələri Azərbaycan qazının dünya bazarına nəqli ilə əlaqədar Cənub Qaz Dəhlizinin fəaliyyətini təmin etmək məqsədi ilə “Şahdəniz” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, Cənubi Qafqaz Boru Kəmərinin (SCP) genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinin həyata keçirilməsi idi.
Ləğv edilən Komissiyanın sədri Baş nazirin birinci müavini idi.
Komissiyanın üzvləri isə aşağıdakılar olub:
– Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri
– Azərbaycan Respublikasının energetika naziri
-Azərbaycan Respublikasının iqtisadiyyat naziri
-Azərbaycan Respublikasının maliyyə naziri
-Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri
-Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti
-Azərbaycan Respublikası Dövlət Neft Fondunun icr