EN

Sosial media fenomeni pəncərədən yıxıldı...

İstanbulda yaşayan iranlı sosial media fenomeni evinin pəncərəsindən yıxılaraq ağır yaralanıb.

News24.az xəbər verir ki, 2 yaşlı qızı ilə İstanbulda yaşayan iranlı sosial media fenomeni Sara Mohseni gecə saatlarında evə taksi ilə gəlib.

Bir neçə saat sonra Möhseni naməlum səbəbdən 4-cü mərtəbədəki evinin pəncərəsindən yıxılıb.

Səsləri eşidən vətəndaşlar yanğınsöndürənlərə xəbər veriblər. Xəbər üzərinə hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları sövq edilib. Möhsənə ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Möhsənin xəstəxanada müalicəsinin davam etdiyi və vəziyyətinin ağır olduğu öyrənilib.

Onu da qeyd edək ki, polis qrupları qadının 2 yaşındakı qızının evdə qapalı qaldığını lmüəyyən edib. Bunun üzərinə yanğınsöndürənlər kiçik qızı pəncərədən çıxararaq xilas ediblər.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. (NTV)


Günel Məlikzadə

Chosen
13
news24.az

1Sources