EN

Keşlə bazarı sökülür

Keşlə bazarı sökülür. Satıcılar bildirirlər ki, onlara dünən yanvarın 1-dən bazardan mallarının yığışdırmalı oluqları deyilib.

Bununla bağlı Keşlə bazarının nümayəndəsi Emin Cəbrayılov Teleqraf.com-a danışıb:

“Layihə uzun müddətdir var. Bu ilin may ayında bazarın söküləcəyideyilmişdi. Xəbərdarlıq edilmişdi ki, bura sökülə bilər. Ancaq konkret tarix deyilməmişdi. İndi məsələ gəlib çıxıb ki, bazar konkret bu tarixdə sökülür. Söküntü yol layihəsiylə bağlıdır. Biz məcburuq ki, buranı boşaldaq ki, yol keçsin. Ancaqmüddətlə bağlı xahiş etmişik. Xahiş edirik ki, müddət uzadılsın. Satıcılara yerlər təklif olunur, dəvət edilirlər. Biz sadəcə bazar nümayəndiliyi olaraq bu müddətin uzadılmasını istəyirik”.


Müəllif: Şəbnəm Zahir
Chosen
11
teleqraf.com

1Sources