EN

İctimai nəqliyyatda QR kodla ödənişdə müddətin azalma səbəbi - RƏSMİ AÇIQLAMA

Bir neçə aydır “Bakıkart” tətbiqi işləmir. Sərnişinlər m10 elektron pulqabının “BakıKART” ilə əməkdaşlığı çərçivəsində Bakı və Abşeronun metro və avtobuslarında QR kod ilə ödəniş edə bilirlər. Lakin tətbiqdə gediş biletinin aktivolma müddəti beş dəqiqədən bir dəqiqəyə endirilib. Hazırda metro və avtobuslardakı sıxlığı nəzərə alsaq, avtobusa minmə halları bir dəqiqədən çox çəkə bilir və bu zaman biletin müddəti bitir. Bileti öncədən aktiv etmiş şəxslər ödənişi itirməmək üçün ictimai nəqliyyata sürətlə minməyə cəhd edirlər ki, bu da sıxlıq yaradır.

Bəs müddətin endirilməsinə səbəb nədir?

Məsələ ilə bağlı, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva deyib ki, hazlrda təkmilləşdirmə işləri aparılır:

“Təkmilləşdirmə işləri yeni problemlərin yaranmaması, insanların çətinlik çəkməməsi üçün aparılır. Bəzi xoşagəlməz hallar oldu, onun qarşısını almaq üçün bunu eləmişik. “Bakıkart”-ın özündə problemin olması da bizə əlavə çətinlik yaradır. Təkmilləşdirmədən sonra hər şey əvvəlki qaydasına dönəcək”.

© Bizim.Media

Chosen
8
2
valyuta.az

3Sources