EN

Donnarummanın üzünə təpik vuran futbolçu üzr istədi

style='margin-bottom:10px;'>

"Monako"nun müdafiəçisi Vilfrid Sinqo PSJ-nin qapıçısı Canluici Donnarummanı zədələdiyi üçün üzr istəyib.

QOL.az xəbər verir ki, Fransa Liqa 1-in 16-cı turunun matçında futbolçular arasında toqquşma olub. Sinqonun ayağı Donnarummanın üznü dəyib və italiyalı qapıçı oyunu davam etdirə bilməyib.

Singo bununla bağlı sosial şəbəkə hesabında yazıb: "Donnarummadan üzr istəyirəm. Mənim hərəkətim qəsdən deyildi, Amma sonra gördüm ki, onun üzündə ciddi zədə var. Sənə tezliklə sağalmağı arzu edirəm".

Qeyd edək ki, oyundan sonra paltardəyişmə otağında Donnarummanın başına 10 tikiş qoyulub.

Chosen
14
2
teleqraf.com

3Sources