Sinqo Donnarummadan üzr istədi
Liqa 1-in 16-ci turunda PSJ-yə qarşı keçirdikləri matçın 20-ci dəqiqəsində qonaqların qolkiperi Canluici Donnarummanın ciddi xəsarətlər almasına və əvəzlənməsinə səbəb olan Uilfred Sinqo italiyalı qolkiperdən üzr istəyib.
Demokrat.az Fanat.Az-a istinadən xəbər verir ki, "Monako"nun futbolçusunun sözlərini "RMC Sport" belə çatdırıb:
"Canluici Donnarummadan üzr istəyirəm. Qəsdən etmədim, amma onun üzünün nə vəziyyətə qaldığını gördüm. Tez sağal, Canluici".