EN

Strateji əhəmiyyətli malların monitorinqi qaydası təsdiq edilib

Nazirlər Kabinetinin Qərarına əsasən, “Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları” təsdiq edilib.
Qayda “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanıb və strateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir.

Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan - Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir. Bazar iştirakçıları tərəfindən təmin edilən strateji əhəmiyyətli mallar üzrə monitorinq, həmin mallar üzrə bazar iştirakçıları tərəfindən təmin edilən malların ən azı 90 faizini təmin edən bazar iştirakçılarını əhatə edir.

Chosen
11
25
vergiler.az

10Sources