FİFA Qitələrarası Kubokun finalında İspaniya nəhəngi “Real Madrid” və Meksikanın “Paçuka” komandası üz-üzə gəlib.
News24.az xəbər verir ki, final Qətərdə oynanılıb. Madridlilər finalda Meksikanın "Paçuka" komandasını 3:0 hesabı ilə məğlub edib.
"Real Madrid" Çempionlar Liqasının çempionu kimi iştirak edib.
Qeyd edək ki, "Real Madrid"də qolları Mbappe, Rodriqo və Vinisius Junior vurub.
Arda Gülər 88-ci dəqiqədə oyuna daxil olub. Milli futbolçu "Real Madrid"də 5-ci dəfə kubok sevincini yaşayıb.
Günel Məlikzadə