EN

Azərbaycan Gürcüstanın üçüncü ixrac bazarı oldu

Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin həcmi 1 mlrd. 180,1 mln. ABŞ dolları təşkil edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə Azərbaycanın qonşu ölkənin ümumi ticarət dövriyyəsindəki payı 5,6%-ə bərabər olub.İlin ilk 11 ayı ərzində Azərbaycan Gürcüstanın Türkiyə, Rusiya, ABŞ, Çin və Almaniyadan sonra VI böyük ticarət tərəfdaşı olub.

Yanvar-noyabr aylarında Gürcüstanın Azərbaycana ixracı 664,4 mln. ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 15,7% azdır. Bu göstərici ilə Azərbaycan qonşu ölkə üçün Qırğızıstan və Qazaxıstandan sonra III əsas ixrac tərəfdaşı olub.

Gürcüstanın Azərbaycandan idxalı isə illik müqayisədə 11,6% azalaraq 515,7 mln. ABŞ dolları təşkil edib. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, ABŞ, Rusiya, Çin və Almaniyadan sonra VI əsas idxal tərəfdaşı olub.

Hesabat dövründə Gürcüstanın ümumi xarici ticarət dövriyyəsi 21 mlrd. 112,7 mln. ABŞ dolları təşkil edib. İllik müqayisədə ticarət dövriyyəsində 6,6% artım qeydə alınıb. Qonşu ölkənin ixracı 7,9% artaraq 6 mlrd. 010,9 mln. dollar, idxalı isə 6,1% artaraq 15 mlrd. 101,7 mln. dollar həcmində olub.


Müəllif: Cəmilə Babayeva
Chosen
7
teleqraf.com

1Sources