Ermənistan Macarıstanla iqtisadi əməkdaşlıq müqaviləsi imzalamağa hazırlaşır.
Â
Senzor.az Ermənistan mətbuatına istinadən bildirir ki, sənəd ticarət, əczaçılıq, turizm, nəqliyyat və digər sənaye sahələrində ikitərəfli əlaqələrin inkişafına yönəlib. İqtisadi məsələlər üzrə birgə komissiyanın yaradılması da nəzərdə tutulub.
Â
Qeyd olunur ki, İqtisadiyyat Nazirliyinin sazişin imzalanması ilə bağlı təklifi Ermənistan hökumətinin iclasında bəyənilib.