EN

Pentaqon: Çinin 600-dən çox nüvə başlığı var

2030-cu ilə qədər Çində nüvə başlıqlarının sayı 1000-i keçəcək. 

Bakıvaxtı.az "Global Times"a istindən xəbər verir ki, bu, Pentaqonun Çinin döyüş gücünə dair yeni illik hesabatında yer alıb.

Hesabata görə, Çinin hazırda malik olduğu nüvə başlıqlarının sayı 2024-cü ilin ortalarına aiddir. Hazırda Çinin 600-dən çox operativ nüvə başlığı var. 

Çin öz nüvə raket imkanlarını əhəmiyyətli dərəcədə təkmilləşdirəcək. Bu fonda nüvə başlıqlarının istehsalının artırılmasını tələb edəcək yeni qitələrarası ballistik raketlər hazırlanır.

Xalq Azadlıq Ordusunun modernləşdirmə proqramlarının 2035-ci ilə qədər tamamlanması və 2049-cu ilə qədər dünya səviyyəli orduya sahib olması planlaşdırılır.

Gülşən Şərif

Chosen
6
bakivaxti.az

1Sources