EN

“ABŞ-dən ölkəmizin daxili işlərinə müdaxiləyə son verməyi tələb edirik”

“ABŞ-nin Azərbaycandakı səfirliyinin ölkəmizin daxili işlərinə qarışan və böhtan dolu bəyanatını sərt şəkildə qınayırıq”.

“Qafqazinfo” xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan icmasının yaydığı bəyanatda yer alıb.

“Azərbaycana qarşı şər kampaniyasını ölkəmizdə guya söz azadlığı sahəsində olan problemlərin olması ilə izah etməyə cəhd edən ABŞ səfirliyinin diqqətinə çatdırmaq istərdik ki, bu təzyiqlərin əsl səbəbi Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsidir. 

ABŞ-nin hazırkı administrasiyası azərbaycanlılara qarşı etnik və dini əsaslarla ayrıseçkilik siyasəti aparmaqla, ölkələrin ərazi bütövlüyü və suverenliyinə selektiv yanaşmaqla, Ermənistanın deportasiya, etnik təmizləmə, təcavüz və işğal siyasətinə dəstək verməklə insan hüquqlarından danışmaq haqqını itirib. Biz Qərbi Azərbaycan İcması olaraq bu ədalətsiz yanaşmanı, ayrıseçkiliyi daim hiss edirik. 

Bundan əlavə, ABŞ səfirliyinin özlərinə gəldikdə nəinki azacıq tənqidə, hətta adi suala belə aqressiv ritorika ilə cavab verməsi onların yeri gəldi-gəlmədi pafosla danışdıqları “söz azadlığı”na, “fikir müxtəlifliyi”nə olan namərdliyini göstərir.

Biz ABŞ-nin hazırkı administrasiyasından ölkəmizin daxili işlərinə müdaxiləsinə, xalqımıza qarşı ayrıseçkiliyinə və insan hüquqlarından siyasi məqsədlər üçün sui-istifadəsinə son verməyi tələb edirik”, - deyə bəyanatda bildirilib. 

Chosen
3
27
qafqazinfo.az

10Sources