EN

Hacıqabulda qanunsuz ov edən beş nəfər saxlanılıb

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Tağlı kəndi ərazisində F.Qasımov, E.Abışlı, E.Şərifov, T.Şeydayev və S.Əliyev saxlanılıblar.


Ekologiya.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxslərdən ov tüfəngləri və patronlar, eləcə də qanunsuz olaraq ovlanmış çöl quşları və 2 çöl dovşanı aşkarlanaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Chosen
21
13
ekologiya.az

10Sources