EN

Azərbaycan Qahirədə D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammitində təmsil olunur

Qahirə, 19 dekabr, AZƏRTAC

Qahirədə D8 İqtisadi Əməkdaşlıq Təşkilatının 11-ci sammiti işə başlayıb. Azərbaycanın Baş naziri Əli Əsədov sammitdə iştirak edir.

AZƏRTAC “əl-Əhram” portalına istinadla xəbər verir ki, Misir Prezidenti Əbdülfəttah əs-Sisi sammitdə iştirak edən dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıb.

Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya və Türkiyədir. Misir gələn ilin sonunadək D8-ə sədrlik edəcək.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Chosen
6
3
azertag.az

4Sources