Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
"Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik" - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Suriyada hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.
O, Suriyada sülhün bərqərar olacağına ümid etdiyini bildirib.