EN

Zelenski NATO haqda görün nələr danışdı: Ukrayna heç kimdən...

NATO-ya üzvlük Ukrayna üçün təhlükəsizliyin ən yaxşı təminatı olaraq qalır.

Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Brüsseldə keçirdiyi brifinq zamanı bildirib.

Zelenski qeyd edib ki, Kiyev heç kimdən Alyansa dəvət gözləmir.

"Bizim sanksiyalar, maliyyə və silah paketi zəmanətlərimiz var. Bütün bunlar Putinin bir daha hücum etməyəcəyinə zəmanət vermək üçün kifayət etmir. Ən yaxşısı güclü ordudur, Avropada ən böyük ordudur. Bizim ordumuzun gücünü məhdudlaşdırmağa haqqımız yoxdur. Amma güclü zəmanətlər Alyansdır. Güclü iqtisadiyyatdır. Müharibə davam edərkən, bizdə böyük büdcə kəsiri var, 40-42 milyard qrivna", - Zelenski vurğulayıb.

Ukraynanın NATO-ya dəvəti kimin gözlədiyi ilə bağlı aydınlaşdırıcı suala Zelenski cavab verib ki, əgər ABŞ-ın seçilmiş prezidenti Donald Trampın ətrafındakılar və indiki Ağ Ev administrasiyası bu addıma qarşıdırsa, Ukrayna bu hüquq uğrunda mübarizə aparır.

“Biz heç kimdən dəvət gözləmirik, biz bu hüquq üçün mübarizə aparırıq", - deyə Ukrayna prezidenti cavab verib.

Publika.az

Chosen
21
2
hurriyyet.az

3Sources