EN

“Suriyadakı hazırkı vəziyyət Rusiyanın məğlubiyyəti deyil” –  PUTİN

Rusiya Suriyada ümumilikdə öz məqsədlərinə nail olub.

Bu barədə Rusiya Prezidenti Vladimir Putin ilin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

Vladimir Putin həmçinin qeyd edib ki, Suriyadakı hazırkı vəziyyət Rusiya üçün məğlubiyyət deyil.

“Biz Suriyada məqsədimizə çatdıq, İslam xilafətinin yaradılmasına imkan vermədik”, – Rusiya Prezidenti vurğulayıb.

Putin Suriyada Bəşər Əsədi devirib hakimiyyətə gələnlərin terrorçular olmadığını qeyd edib.

Rusiya Prezidenti eyni zamanda, Suriyada vəziyyətə nəzarət edən bütün silahlı birləşmələrlə təmasda olduqlarını açıqlayıb.

O, Suriyada sülhüm bərqərar olacağına ümid etdiyini bildirib.

Putin əlavə edib ki, Rusiya 4 min iranlı hərbçini Xmeymim bazasından Tehrana aparıb.

Chosen
11
4
azpost.info

2Sources