EN

BŞİH-nin son kitabının Pirallahı rayonunda  təqdimatı keçirildi

Pirallahı Rayon İcra Hakimiyyətində Bakı Şəhəri İcra Hakimiyyəti və Azərbaycan Millli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun birgə layihəsi olan “Vətən müharibəsi tarixi: Azərbaycanın ərazi bütövlüyünün bərpası - Şəxsiyyət faktoru” kitabının təqdimatı keçirildi.

Tədbirdə Rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatının, Ağsaqqallar Şurasının rəhbərliyi, şəhid ailələri və Vətən müharibəsi iştirakçıları, rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir kitabın və Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən nəşr olunan digər əsərlərin sərgiləndiyi kitab sərgisi ilə öz işinə başladı. Daha sonra tədbir iştirakçılarına kitab haqqında hazırlanmış video-çarx nümayiş etdirildi.

Pirallahı RİH başçısı Vasif İmanov tədbiri giriş nitqi ilə açaraq  bu gün təqdimatı keçirilən kitab həm tarixi, həm də mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini bildirdi.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizənin tarixinin gələcək nəsillərə ötürülməsi və xarici dairələrə təqdim olunması üçün mühüm bir addımdır. O, kitabın əhəmiyyətindən danışaraq, Bakı Şəhər İcra Hakimiyyətinin AMEA-nın Tarix İnstitutu ilə birgə hazırladığı, Vətən müharibəsinə həsr edilmiş əvvəlki kitabın davamı kimi nəşr edilən yeni kitabın 44 günlük müharibədən keçən dövr ərzində Azərbaycanda baş verən mühüm hadisələrə həsr olunduğunu bildirdi. RİH başçısı bildirdi ki, Prezident İlham Əliyev bu mübarizənin lideridir və onun zəngin dövlətçilik təcrübəsi, strateji baxışı, xalqla sıx münasibətləri və Qarabağ müharibəsindəki yüksək rəhbərlik bacarığı bu kitabın yaranmasında böyük bir ilham mənbəyi olub. Prezident İlham Əliyevin şəxsiyyəti və liderliyi, yalnız hərbi əməliyyatların qələbə ilə başa çatmasında deyil, həm də ölkənin beynəlxalq aləmdəki mövqeyinin gücləndirilməsində və daxili sabitliyin təmin olunmasında mühüm rol oynamışdır. Bu şəxsiyyətin həyat yolu, ölkəmizin müstəqil və güclü gələcəyinə gedən yolda bütün Azərbaycan xalqı üçün örnəkdir.

Daha sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Emil Abasov, 168 nömrəli tam orta məktəbin müəllimi Sevda Alxasova, Laçın rayon Müseyib Müseyibov adına Bozlu kənd tam orta məktəbinin direktoru Nuridə Əhmədova, Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin anası Çiçək Biləndərli, Ağsaqqallar Şurasının sədri Əli Kərimov kitabın yazılmasında əməyi keçən bütün şəxslərə təşəkkür edərək, Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə bağlı İlham Əliyev cənablarının rolunun əvəzsiz olduğunu vurğulayıblar. Çıxışçılar  yeni çap edilən kitabın əhəmiyyətini qeyd edərək bu nəşrin   müharibə həqiqətlərinin və sonrakı dövrdə əldə edilən nailiyyətlərin təhlili  və gələcək nəsillərə düzgün çatdırılmasının geniş təbliğində mühüm rol oynayacağını vurğulamışlar. 


Telegram kanalımız
Chosen
19
4
yenisabah.az

5Sources