EN

Fransa Mayottada təbii fəlakət rejimi elan etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Fransanın dənizaşırı ərazilər üzrə naziri Fransua-Noel Byuffe dağıdıcı "Şido" siklonunun nəticələrinin aradan qaldırılmasını sürətləndirmək üçün Mayottada (Fransanın dənizaşırı bölgəsi və eyni zamanda departamenti - red.) müstəsna təbii fəlakət vəziyyəti elan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "France Info" radiostansiyası müvafiq nazirliyin kommünikesinə istinadən məlumat yayıb.
Xüsusi rejim uzadılma ehtimalı nəzərdə tutulmaqla, bir ay müddətində qüvvədə olacaq.
Qeyd olunub ki, hakimiyyət bu qərarı böhranın həlli və adanın infrastrukturunun bərpası üçün inzibati prosedurları sadələşdirmək və lazımi resursları səfərbər etmək üçün qəbul edib.
Fransa Meteorologiya Xidməti bildirib ki, dekabrın 14-də Mayottanı vuran "Şido" siklonu son 90 ilin ən güclüsü olub. Küləyin sürəti 60 m/s-ə çatıb.
Dənizaşırı departamentin prefekti Fransua Ksavye-Byevil qasırğa ilə bağlı yüzlərlə, hətta minlərlə insanın qurban ola biləcəyini istisna etməyib. Məlumata görə, ölənlərin sayı 31-ə çatıb.
Qeyd edək ki, dekabrın 19-da Mayottaya səfər edəcək Fransa prezidenti Emmanuel Makron faciə ilə bağlı milli matəm elan etməyi planlaşdırır.
Chosen
27
50
oxu.az

10Sources