EN

Moskvada Vladimir Putinlə “Birbaşa xətt” və böyük mətbuat konfransı keçirilir

Moskva, 19 dekabr, AZƏRTAC

Moskvada “Qostinıy Dvor” sərgi mərkəzində jurnalistlərlə böyük mətbuat konfransı və ölkə vətəndaşları ilə “Vladimir Putinlə ilin yekunları” “Birbaşa xətt” keçirilir.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında rusiyalı və xarici jurnalistlər iştirak edirlər. Proqramın çağrı mərkəzinin məlumatına görə, “Birbaşa xətt”ə artıq 2 milyondan çox müraciət daxil olub. Bu il ilk dəfə olaraq sualların toplanması və işlənməsi üçün süni intellektdən istifadə edilib.

Bir gün əvvəl Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, xüsusi hərbi əməliyyatla bağlı məsələlər və cəbhələrdə vəziyyətin inkişaf perspektivləri rusiyalıların müraciətlərində qaldırdıqları prioritet mövzular sırasındadır. Bundan əlavə, rusiyalılar iqtisadi inkişaf və bu sahədə problemlərlə bağlı suallar verirlər.

Vladimir Putin 2001-ci ildən bəri hər il böyük mətbuat konfransları və “Birbaşa xətlər” keçirir.

Fəridə Abdullayeva

AZƏRTAC-0-

Moskva

Chosen
15
azertag.az

1Sources