Bakı. Trend:
Türkiyənin Ankara şəhərində 16-cı Azərbaycan-Türkiyə YüksəkSəviyyəli Hərbi Dialoq İclası keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə bildirilib ki, tədbirdə iştirak etməkməqsədilə Türkiyəyə səfər edən Azərbaycan Respublikasının müdafiənazirinin müavini - Baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyinümayəndə heyəti dekabrın 18-də Ankara şəhərində Heydər ƏliyevParkını ziyarət edib.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin parkın ərazisindəucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq hörmət və ehtiramnümayiş etdirilib.
Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfnolunduğu məqbərəni - Anıtqəbiri ziyarət edən Azərbaycan nümayəndəheyəti, onun məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yadedib.
Nümayəndə heyətimizi ölkəmizin Türkiyədəki səfirliyinin və hərbiattaşelik aparatının əməkdaşları müşayiət ediblər.
Daha sonra Baş direktor A.Qurbanov Türkiyə Respublikasının millimüdafiə naziri cənab Yaşar Güler, Türkiyə Respublikası SilahlıQüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak iləgörüşüb.
Görüşlərdə mövcud dostluq və qardaşlıq münasibətlərinin hərbiəməkdaşlığa müsbət təsiri xüsusi qeyd edilib, icra olunanqarşılıqlı fəaliyyətlərin bundan sonra da intensivləşəcəyinəəminlik ifadə olunub.
Səfər zamanı ölkələrimiz arasında hərbi, hərbi-texniki,hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri,inkişaf istiqamətləri, eləcə də qarşılıqlı maraq doğuran mövzularadair geniş müzakirələr aparılıb.
Sonra nümayəndə heyətlərinin iştirakı ilə Yüksək Səviyyəli HərbiDialoq İclasının açılış mərasimi olub, həmçinin Alt İşçi Qruplarıniclasları keçirilib.