EN

Aİ-nin baş diplomatı: Putin danışmaq istəmirsə, Zelenskini buna məcbur etmək olmaz

"Qərb ölkələri Ukrayna prezidenti Volodimir Zelenskini sülh danışıqlarına çağırmağı dayandırmalıdır. Əvəzində Kiyevə təhlükəsizlik zəmanəti vədlərinin reallığını təmin etmək lazımdır".

Ölkə.Az xəbər verir ki, bunu "Financial Times"ə müsahibəsində Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Kaja Kallas deyib. 

“Putin danışmaq istəmədiyi halda Zelenskini danışmağa sövq etməyin mənası yoxdur”, - Kallas deyib. 

Diplomat əlavə edib ki, sülh olmayanda sülhməramlılardan danışa bilmərik: "Bəs o zaman niyə sülh yoxdur? Çünki Rusiya sülh istəmir".

Avropalı diplomat qeyd edib ki, indi Ukraynaya dəstək vermək, sonradan müharibəyə dözməkdən qat-qat ucuz başa gəlir: "Çünki Rusiya hədəflərini dəyişməyib. Yəni bu məsələdə özümüzə qarşı çox dürüst olmalıyıq".

Kallas onu da bildirib ki, hazırda Ukraynanı gücləndirmək üçün hər şey etməlidirlər: "Onlar döyüş meydanında nə qədər güclü olsalar, danışıqlar masasında bir o qədər güclü olarlar".

NATO baş katibi Mark Rütte isə bildirib ki, əgər indi sülh sazişinin necə ola biləcəyini öz aralarında müzakirə etməyə başlasalar, ruslar üçün işi asanlaşdırmış olarlar. 

Mürtəza
Ölkə.Az

Chosen
10
1
olke.az

2Sources