EN

Putin: "Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq" - VİDEO

Rusiya Ukrayna ilə danışıqlara və kompromislərə hazırdır.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, siyasət kompromis sənətidir. “Rusiya danışıqlara və kompromislərə hazırdır, lakin qarşı tərəf danışıqlardan imtina edib”, - deyə V.Putin bildirib.

Putin, həmçinin vurğulayıb ki, Rusiya İstanbul razılaşmaları əsasında və “yerdə” vəziyyəti nəzərə alaraq Ukrayna ilə danışıqlara hazırdır. Rusiya Prezidenti qeyd edib ki, Zelenski “seçkilərə gedib legitimlik qazanarsa” onunla danışıqlar mümkündür. Rusiya sülh sənədlərini yalnız Ukraynanın qanuni rəhbəri ilə imzalayacaq.


Bizim.Media

Chosen
3
5
bizim.media

7Sources