"Qalatasaray"ın futbolçusu Hakim Ziyeş qış transfer pəncərəsində klubdan ayrılacağı haqda yayılan məlumatlara münasibət bildirib.
"İki sahil" xarici KİV-ə istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi bu məlumatları təsdiqləyib və İstanbul təmsilçisinin rəhbərliyi ilə münasibətlərinin pis olduğunu etiraf edib: "Mənim "Qalatasaray"la işim bitdi. Yanvarda gedəcəyəm. Bunu kluba bildirmişəm. Artıq məndən heç nə soruşmurlar. İstədiyimi edirəm. Okan Buruk kimi pis baş məşqçi görməmişdim.
“Qalatasaray”ın çempionluğu məni maraqlandırmır. Nə olursa, olsun, məni rahat buraxsınlar. Mövsümün əvvəlində bura gəldiyimə görə artıq təəssüflənirəm".