EN

“Ermənistanın Azərbaycana hücum etmək niyyəti, məqsədi və planı yoxdur” - Paşinyandan ZƏMANƏT

“Mən zəmanət verə bilərəm ki, Ermənistanın Azərbaycana hücum etmək niyyəti, məqsədi və planı yoxdur, o zaman regionda eskalasiya ehtimalı sıfıra bərabərdir”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Armenpress”ə müsahibəsində bildirib.

“Ermənistan heç bir ölkə ilə silahlanma yarışında deyil, biz silahları yalnız Ermənistanın sərhədlərini və ərazi bütövlüyünü qorumaq üçün, yəni müdafiə məqsədi ilə əldə edirik və məqsədlərimiz şəffafdır.

Ordunun islahatı bizim qanuni hüququmuzdur. Bu, Azərbaycan üçün təhlükədirmi? Xeyr, ona görə ki, biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini açıq şəkildə tanımışıq”, - Paşinyan qeyd edib.

Bizim.Media

Chosen
15
3
bizim.media

4Sources