Ukraynanın güclənməsi və cəbhədə hərbçilərə dəstək verilməsi müharibənin sonunu və bütün Avropa üçün ədalətli sülhü yaxınlaşdırır.
Viral.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Çexiyanın Baş naziri Petr Fiala ilə görüşü ilə bağlı “X”də yazıb.
Qeyd olunub ki, görüşdə Ukraynaya davamlı dəstək əsas müzakirə mövzusu olub.
Son Yazılar:
- Ukraynanın güclənməsi müharibənin sonunu yaxınlaşdırır
- Nərimanov rayonunda mağaza YANDI
- Polşanın elm və ali təhsil naziri istefa VERDİ
V.Zelenski bildirib ki, Ukrayna gələn ilin ikitərəfli münasibətlər üçün mümkün qədər məhsuldar olmasına ümid edir.
“Bu gün biz strateji enerji obyektlərini qorumaq üçün hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə xüsusi diqqət yetirməklə, Ukraynanın cari müdafiə ehtiyaclarını müzakirə etdik”, – o əlavə edib.
Qeyd edək ki, daha əvvəl ABŞ-də prezident seçkilərində qalib gəlmiş Donald Tramp müharibənin dayandırılmasında müəyyən irəliləyişin olduğunu bildirmişdi.