EN

Aİ sammiti Ukraynaya 30,6 milyard avro yardım ayıracaq

Avropa İttifaqı (Aİ) ölkələri birliyin sammitində 2025-ci ildə Ukraynaya 30,6 milyard avro dəyərində büdcə makromaliyyə yardımı göstərəcəyini vəd edib.

News365.az xəbər verir ki, bu barədə sammitin yekun bəyanatında deyilir.


Sənədə əsasən, bu məbləğin 12,5 milyard avrosu 2027-ci ilə qədər ümumi həcmi 50 milyard avro olacaq Avropa Ukraynaya Dəstək Fondundan ödəniləcək. 18,1 milyard avro G7-nin 45 milyard avroluq kredit proqramından ayrılacaq ki, bunun da Rusiya aktivlərinin yenidən investisiya edilməsindən əldə olunacaq gəlirlərin “müsadirə edilməsi” yolu ilə qarşılanacağı gözlənilir.

Chosen
9
17
news365.az

10Sources