EN

Qarabağ Universitetinin üzvləri ilk dəfə

Bu il ilk dəfə Qarabağ Universitetinin üzvləri AKTA-nın tədbirinə qatılıblar.

Tehsil.biz xəbər verir ki, bu barədə Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) sədri Elvin Balacanov dekabrın 19-da Bakıda keçirilən qurumun 2024-cü il üzrə fəaliyyətinə dair hesabat tədbirində deyib.

"AKTA ölkəmizdə maarifləndirmə və kadr potensialının gücləndirilməsi istiqamətində 18 ali təhsil müəssisəsində kiber klublar fəaliyyətə başlayıb. Qurumun müxtəlif tədbirlərində il ərzində ümumilikdə 4 mindən çox adam iştirak edib. Həmçinin AKTA 2024-cü il ərzində 2 yarış, 34 seminar və vebinar, 20 təlim təşkil edib.

Təşkilat tərəfindən bu il ilk dəfə kiber diaspora yaradılıb. Kiber diaspora ölkə xaricində İT və kibertəhlükəsizlik sahəsində çalışan peşəkar həmyerlilərimizin qlobal miqyaslı virtual icması və şəbəkələşmə platfotmasıdır. Hazırda 20-dək həmyerlimiz bu diasporanın üzvüdür. Bu üzvlər ABŞ, Kanada, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya, Litva, Birləşmiş Krallıq və Polşada fəaliyyət göstərirlər" - deyə E.Balacanov əlavə edib.

 

Chosen
15
1
tehsil.biz

2Sources