EN

Paşinyan: "Demarkasiyadan sonra Ermənistan-Azərbaycan sərhədində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq"

Sərhədin tam demarkasiyasından sonra Ermənistan-Azərbaycan sərhədinin hər hansı hissəsində üçüncü qüvvələrin olmasına ehtiyac qalmayacaq.

Ordu.az xəbər verir ki, bunu "ArmenPress"ə müsahibəsində Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.

"Ermənistan-Azərbaycan sərhədinin delimitasiya olunmuş hissəsində üçüncü ölkələrin qüvvələrinin yerləşdirilməsini istisna edən müddəanın təşviqini təklif edirik. Çünki delimitasiya hesabına bu ərazilərdə eskalasiya riski əhəmiyyətli dərəcədə azalır", - hökümət başçısı vurğulayıb.

Paşinyan sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq məhkəmələrdə qaldırılmış qarşılıqlı iddiaların geri götürülməsini məntiqli addım adlandırıb.

Chosen
9
4
demokrat.az

6Sources