EN

Tovuzda 71 nəfərin zəhərləndiyi hadisənin detalları - Video+ Yenilənib

Xəbər verdiyimiz kimi, Tovuz rayonu, Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbdə tüstülənmə nəticəsində 71 nəfərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.

“Qafqazinfo”nun məlumatına görə, məktəbin şagirdi Rəbiyə Əhmədova hadisənin təfərrüatları barədə danışıb.

Bildirib ki, dərsdə olarkən başqa bir sinifdə sobanın partlaması səsini eşidiblər:

“Həmin sinifdəki uşaqları çölə çıxardılar. Bizim sinfimizdə tüstü yox idi. 3 sinifdə tüstü çıxdıqdan sonra hamımızı bayıra çıxardılar. Tüstüyə görə halımız pisləşdi”.

Ətraflı “Baku TV”nin süjetində:

***

Hadisə ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, Tovuz rayonu Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbdə baş verən hadisə nəticəsində xəstəxanaya yerləşdirilən 71 nəfərə lazımi tibbi yardımlar göstərilib və onlar daha sonra evlərinə buraxılıblar.

Qeyd edək ki, baş verən hadisə və hadisə nəticəsində zərər çəkən şəxslərin səhhəti Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin nəzarətində saxlanılır.

Chosen
22
6
qafqazinfo.az

7Sources