EN

Özbəkistan prezidenti Putinə zəng vurdu – Rusiya generalının öldürülməsinə görə...

Özbəkistan prezidenti Şavkat Mirziyoyev Rusiyalı həmkarına zəng vurub.

Musavat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Mirziyoyev Rusiya Silahlı Qüvvələrinin Kimyəvi, Radiasiya və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun vəfatı ilə əlaqədar Putinə başsağlığı verib.

Kremlin məlumatına görə, Özbəkistan prezidenti ölkəsinin “bu çirkin terror aktını qətiyyətlə pislədiyi”ni, həmçinin terrorla mübarizə sahəsində iki ölkənin xüsusi xidmət orqanları arasında sıx əməkdaşlığı davam etdirmək niyyətini vurğulayıb.

Qeyd edək ki, bundan əvvəl Rusiya KİV-i Özbəkistan sakini Əhməd Qurbanovun rusiyalı generalı və onun köməkçisini öldürməkdə şübhəli bilindiyini yazıb. O, terrorçuluqda ittiham olunaraq həbs edilib.

 

Musavat.com

Chosen
6
2
musavat.com

10Sources